Scroll Top
HAQQIMIZDA

BESTFOOD CATERING

“Bestfood Catering” şirkəti 2018-ci ildən fəaliyyət göstərir və Azərbaycanın iaşə bazarında ən nüfuzlu şirkətlərdən biridir. Qarşımıza qoyduğumuz əsas məqsədlərdən biri də bu işdə daima təkminləşmək və müştərilərimizə yüksək səviyyədə xidmət göstərməkdir. Çalışdığımız müddət ərzində şirkətimizin adı daima yüksək peşəkarlıq, keyfiyyətli xidmət, ciddi nəzarət edilən qida məhsulları ilə yüksək qiymətləndirilmiş, və bizi nüfuzlu və inamlı iaşə xidməti göstərən şirkət olaraq tanıtmışdır. İstehsalatın ilk addımından servis xidmətinə qədər keyfiyyətdə güzəştə getməyən şirkətimiz tədarükçülərini xüsusi diqqətlə seçir. Şirkətimiz, öz sektorunda professional və marka dəyəri yüksək qurumlarla əməkdaşlıq edərək istehsal mərhələsini heç bir problem olmadan planlı şəkildə həyata keçirir. 

Göstərdiyimiz xidmətin zəruri tələblərindən olan beynəlxalq və yerli standartlara cavab veririk,  ISO 22000:2005 (Qida Təhlükəsizliyinin İdarəetmə Sistemi), ISO 9001:2015 (Keyfiyyətin İdarə olunması) və OHSAS 18001:2007 (İş sağlamlığı və Təhlükəsizliyi Sistemi) kimi beynəlxalq sertifikatları əldə etməklə öz işimizdə Avropa standartlarını tətbiq edirik.

TƏRƏFDAŞLAR
TƏRTİB EDİLƏN MENYULAR

Menyularımız ictimai-iaşə obyektləri, sənayə obyektləri, təhsil müəssisələri, və tədbirlərə uyğun olaraq müxtəlif kateqoriyalara uyğun, həmçinin müştərinin arzu və istəklərinə uyğun olaraq hazırlanır. Menyular müştərilərimizin gündəlik kalori ehtiyaclarına, iş mühitinə, yaş qrupuna görə bir-birindən fərqlənir. Onlar bir-biri ilə uzlaşan və müştərilərimizə narahatlıq verməyəcək sağlam və gigiyenik yeməklərdən tərtib olunur.

Menyularımızda Azərbaycan, türk və digər xalqların mətbəxlərinin xörəkləri yer alır. Onlar aylıq tərtib olunur və burada eyni yemək çeşidləri tez-tez təkrarlanmır.