Scroll Top
XİDMƏTLƏR

KORPORATİV KEYTRİNQ

Korporativ keytrinq xidməti, şirkətimizin ilk fəaliyyət istiqamətlərindəndir. Bu sahədə şirkətimiz, sifarişçinin əməkdaş sayından və xidmət ediləcək ünvanında asılı olmayaraq istənilən şirkət və ya quruma xidmət göstərmək iqtidarındadır. Sifarişçiyə təqdim edilən yemək menyuları, bütün meyarlar nəzərə alınaraq istəyə uyğun hazırlana bilir. Həmçinin düzgün menyunun seçilməsi üçün sifarişçiyə köməklik göstəririk.  Şirkətimiz bütün kateqoriyalara uyğun olaraq sənayə obyektləri, ictimai iaşə obyektləri, məktəblər, xəstəxanalar, biznes mərkəzləri və digər kateqoriyalara aid olan obyektlərə xidmət göstərir.

YERİNDƏ İSTEHSAL

Təmsilçilərimizin müştərilərlə keçirdiyi görüşlərdə sifarişçi şirkətin fəaliyyət profili müəyyən edilir. Belə ki, sifarişçinin istəyinə uyğun olaraq menyular tərtib edildikdən sonra, əgər xidmət göstəriləcək obyektdə mətbəx mövcuddursa, həmin mətbəxin istifadə edilməsi təklif edilir. Əgər mətbəx yoxdursa, mətbəxin qurulması tərəfimizdən həyata keçirilir.

SƏYYAR XİDMƏT

Əgər sifarişçi şirkətin ərazisində yemək hazırlamağa uyğun yer və şərait yoxdursa, həmçinin xidmətin göstəriləcəyi ərazi açıq ərazidirsə, o halda şirkətimizin səyyar yemək xidməti təklif edilir. Tərəfimizdən hazırlanmış həftəlik menyulara əsasən, yeməklər birdəfəlik qablarda və xüsusi konteynerlərdə sifarişçiyə çatdırılır.

BANKETLƏRİN TƏŞKİLİ

Banket menyusuna isti və soyuq qəlyanaltılar, əsas yeməklər, elit spirtli içkilər, təzə meyvə və desertlər daxildir. Banket menyularına geniş yemək çeşidləri ilə yanaşı sizin istəyinizə uyğun xüsusi menyular da hazırlana bilər. Yubileylərinizi, ad günlərinizi, əlamətdar günlərini, ildönümlərinizi, toy mərasimlərinizi bizə həvalə edə bilərsiniz.

KOFE BREYK TƏŞKİLİ

Tədbirlərinizin və görüşlərinizin əvəzedilməzi olan kofe breyk, şirkətimizin göstərdiyi xidmətlərdən biridir. Şirkətimiz tədbirlərinizin çay-kofe fasilələri üçün kurabiyələr, şirniyyatlar, piroqlar və digər dessert nümüləri təklif edir. Bizimlə olan çay-kofe fasilələriniz iştirakçılarınıza zövq verəcək və tədbirinizin ruhuna uyğun olacaqdır.

FURŞET TƏŞKİLİ

Furşet – kanape və qəlyanaltılarla təşkil edilmiş xidmət növüdür. Bu tədbir zamanı qonaqlar kokteyl masalarının arxasında ayaqüstə durur və bir biri ilə daha sərbəst şəkildə ünsiyyət qurmaq imkanı qazanır. Hazırladığımız ləziz və gözəl görünüşlü qəlyanaltılarımız tədbirin bəzəyinə çevrilir. Bizim üçün hər bir qonağın bizdən razı qalması olduqca önəmlidir.

TƏRTİB EDİLƏN MENYULAR

Menyularımız ictimai-iaşə obyektləri, sənayə obyektləri, təhsil müəssisələri, və tədbirlərə uyğun olaraq müxtəlif kateqoriyalara uyğun, həmçinin müştərinin arzu və istəklərinə uyğun olaraq hazırlanır. Menyular müştərilərimizin gündəlik kalori ehtiyaclarına, iş mühitinə, yaş qrupuna görə bir-birindən fərqlənir. Onlar bir-biri ilə uzlaşan və müştərilərimizə narahatlıq verməyəcək sağlam və gigiyenik yeməklərdən tərtib olunur.

Menyularımızda Azərbaycan, türk və digər xalqların mətbəxlərinin xörəkləri yer alır. Onlar aylıq tərtib olunur və burada eyni yemək çeşidləri tez-tez təkrarlanmır.