Scroll Top
SİYASƏT

KEYFİYYƏT VƏ GİGİYENA

Şirkətimiz yeməklərin gigiyenik qaydalara uyğun və keyfiyyətli hazırlanmasına xüsusi diqqət yetirir. Göstərdiyimiz xidmətin zəruri tələblərindən olan beynəlxalq və yerli standartlara cavab veririk,  ISO 22000:2005 (Qida Təhlükəsizliyinin İdarəetmə Sistemi), ISO 9001:2015 (Keyfiyyətin İdarə olunması) və OHSAS 18001:2007 (İş sağlamlığı və Təhlükəsizliyi Sistemi) kimi beynəlxalq sertifikatları əldə etməklə öz işimizdə Avropa standartlarını tətbiq edirik. Keyfiyyətli və sağlam qida, bizim uğurumuzun təməlidir.

KEYFİYYƏT VƏ GİGİYENA

Ərzaq məhsullarının alınmasından, yeməklərin hazırlanmasına və müştərilərə təqdim olunmasına kimi bütün fəaliyyətimizə peşəkar mütəxəssislər tərəfindən nəzarət edilir. Əməkdaşlarımız, peşəkarlıq səviyyələrinin artırılması üçün mütəmadi olaraq treninq və kurslara cəlb edilir. Müştərini keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək, ketrinq şirkəti olaraq bizim əsas məqsədlərimizdən biridir və təqdim etdiyimiz məhsulların təhlükəsizliyinə tam zəmanət verilir. Şirkətimiz, iş prosesinin bütün mərhələlərində gigiyenik şərtlərə maksimum səviyyədə əməl etməyə çalışır. Həmçinin xidmət göstərdiyimiz şirkətlərdən mütəmadi olaraq xidmətin keyfiyyətinin dəyərləndirilməsi üçün geri dönüşlər alırıq.

MÜŞTƏRİYÖNÜMLÜLÜK

Bizim üçün ən dəyərli meyar müştərilərimizdir. Müəssisəmizin əsas məqsədlərimizdən biri və ən vacib missiyası müştərilərin istək və ehtiyaclarını təmin etmək, onların şirkətə sadiqliyi üçün ən yaxşı şəraiti yaratmaqdan ibarət olmaqdır. Müştərilərimizə qiymətləri, menyuları, keyfiyyəti, və şərtləri müqayisə etmək imkanı verməklə yanaşı mümkün olan hər şeyin ən yaxşısını təqdim etmək üçün əlimizdən gələni edirik. Peşəkar və yaxşı təlim keçmiş əməkdaşlarımız daima müştərilərimizin xidmətindədir.

İNDİVİDUALLIQ

Şirkətimizin mütəxəssisləri, hər sifarişçiyə fərdi yanaşır. Şirkətimizə məxsus olan və müştərilərə təklif edilən standart təkliflərimiz olsa da, biz hər sifarişçinin istəyini nəzərə alaraq menyularımızı gündəlik, həftəlik və aylıq olmaqla hər sifarişçinin tələbinə uyğun fərqli hazırlayırıq. Həmçinin sifarişçi şirkətin qidalanma üçün nəzərində tutduğu qiymət varsa, mütəxəssislərimiz həmin qiymətə uyğun mümkün olan ən uyğun menyunu hazırlayır. Menyular hazırlanarkən xidmət göstəriləcək ərazi, şərtlər və digər bütün kateqoriyalar nəzərə alınır. Sifarişçi qərar verərkən çətinliklə üzləşərsə, şirkətimiz tərəfindən ən uyğun təkliflər planı hazırlanıb təqdim edilir.